Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş nazirin müavini: Horadiz-Ağbənd dəmir və avtomobil yolunun tikintisi gələn ilədək başa çatdırılacaq

13.10.2025 [12:08]

Xəbərin mətni

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən 3+3 formatında əməkdaşlıq region ölkələrinin iqtisadi inteqrasiyası üçün daha böyük imkanlar yaradır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region dövlətlərinin iqtisadi inteqrasiyasına böyük dəstək verməklə yanaşı onların inkişafını da təmin edəcək. Bu sözləri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxış edərkən deyib.