Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Baş nazirinin müavini: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi artacaq

13.10.2025 [12:45]

Xəbərin mətni

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi regionun hər 3 ölkəsinin iqtisadiyyatına və nəqliyyat sisteminin inkişafına böyük təkan verir. Dəhlizin fəaliyyətinin artırılması ölkələrimizin iqtisadi inteqrasiyasına, gəlirlərinin artmasına səbəb olacaq. Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxış edərkən deyib.