Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə: Azad edilmiş ərazilərin 13,5 min kvadratkilometrində eyni vaxtda genişmiqyaslı tikinti işləri həyata keçirilir

14.10.2025 [12:08]

Xəbərin mətni

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan tam azad edilib, dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bu dövrdə tikinti sektoru ölkə iqtisadiyyatının və ümumi inkişafın lokomotivinə çevrilib. Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov 30-cu Xəzər İnşaat Həftəsinin açılış mərasimində çıxışı zamanı söyləyib.