Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlqar İsbatov: Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərinin Baş planları yekunlaşmaq üzrədir

14.10.2025 [14:31]

Xəbərin mətni

Azad olunmuş ərazilərin öyrənilməsi, dəyərləndirilməsi və məskunlaşma ərazilərinin müəyyənləşdirilməsi istiqamətində effektiv və ədalətli işlər həyata keçirilib. Bu prosesdə bütün müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edilib. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” mövzusuna həsr edilən panel görüşündə çıxışı zamanı söyləyib.