Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərkosmos” peyk istehsalına hazırlaşır - kosmik sənayenin inkişafında yeni mərhələ

21.10.2025 [20:24]

Xəbərin mətni

Azərbaycanda müstəqil kosmik sənayenin əsası 2008-ci ildə qoyulub. “Azərkosmos”un yaradılması ilə ölkəmizdə kosmik fəaliyyətin inkişafına dövlət səviyyəsində sistemli dəstək verilməyə başlanılıb. Hazırda qurumun xidmətlərindən 50-dən çox ölkədə 200-ə yaxın şirkət yararlanır. Azərbaycan öz orbital mövqeyinə sahib 48 ölkədən biridir və kosmik resurslarından müstəqil şəkildə istifadə edir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov oktyabrın 21-də Bakıda keçirilən “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə səsləndirib.