Sürücülərə və piyadalara çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırılıb
23.10.2025 [16:51]
Xəbərin mətni
Paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin rahat hərəkətinin və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.