Nazir: Azad edilmiş ərazilərə Türk dövlətlərinin dəstəyi qardaşlıq həmrəyliyinin təcəssümüdür
24.10.2025 [14:09]
Xəbərin mətni
Türk dövlətləri daim ikitərəfli platformalarda bir-birlərini dəstəkləyir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Türk dövlətləri tərəfindən verilən dəstək qardaşlıq həmrəyliyinin təcəssümüdür. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında çıxışı zamanı deyib.