Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib

24.10.2025 [14:32]

Xəbərin mətni

Azərbaycan son illərdə startap və innovasiya ekosisteminin inkişafına xüsusi önəm verir və bu sahəni iqtisadi diversifikasiyanın, rəqabət qabiliyyətinin və yeni nəsil sahibkarlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirir. AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında çıxışı zamanı deyib.