Mikayıl Cabbarov: İri sənaye şirkətlərinin iştirakı ilə Texnologiya platformasının qurulmasını təklif edirik
24.10.2025 [14:42]
Xəbərin mətni
Özəl sektorun və sənaye nümayəndələrinin iqtisadi əməkdaşlıq formatlarına daha fəal şəkildə cəlb olunması vacibdir. Məhz biznes strukturları əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilməli, ideyaların, texnologiyaların və investisiyaların mənbəyi olmalıdır. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclasında deyib.