Nazir: Qeyri-neft baza kəsirini azaltmaq böyük çağırışlar yaratsa da, biz bu istiqaməti qoruyuruq
04.11.2025 [18:09]
Xəbərin mətni
Gələn il üçün ilk dəfə olaraq proqnoz göstəricilərində xərclərimizin təxminən 88 faizi vergi gəlirləri hesabına formalaşacaq. Növbəti illərdə isə bu göstəricinin sürətli şəkildə 100 faizə çatdırılması hədəflənir. AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.