SİYASƏT


ABŞ Dağlıq Qarabağda keçirilən qondarma seçkilərin nəticələrini tanımayacaq

Sentyabrın 10-də ABŞ Dövlət Departamentində keçirilən brifinqdə AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Yusif Babanlı bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən yaradılmış qondarma rejim sentyabrın 13-də bələdiyyə seçkiləri keçirməyə hazırlaşır. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüquq normalarını pozur. Artıq bir neçə ölkə bu qondarma seçkiləri tanımadığı barədə bəyanat verib.