Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: İşğaldan azad edilmiş ərazilərdəki məktəblərdə 3500-dək şagird təhsil alır

13.11.2025 [16:07]

Xəbərin mətni

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, 2025-ci ildə Ağdam rayonu Kəngərli, Xıdırlı, Sarıcalı kəndləri, Ağdərə rayonu Həsənriz kəndi və Kəlbəcər rayonu bir nömrəli tam orta ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 5 ümumi təhsil müəssisində tədrislər başlanıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI