Berlində Nərmin Nəcəflinin solo konserti - “Narın içində not”
17.11.2025 [17:29]
Xəbərin mətni
Almaniyada yaşayan azərbaycanlı gənc pianoçu Nərmin Nəcəflinin Berlində “Narın içində not” adlı solo konserti keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil edilən və milli musiqimizin Avropada təbliği məqsədi daşıyan konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.