Azərbaycan Dövlət İnformasiya Agentliyi

Afaq İmanzadə: "Kölgəsiz dünya” sənədli filminin məqsədi miniatür sənətini geniş kütləyə tanıtmaqdır

19.11.2025 [20:39]

Xəbərin mətni

“Kölgəsiz dünya” sənədli filmini ərsəyə gətirməkdə məqsəd geniş kütləyə miniatür sənətinin mənasını tanıtmaqdır. Bu qədim sənət Azərbaycanda, xüsusilə Şah İsmayıl Səfəvinin dövründə çox inkişaf etmişdi, təəssüf ki, indiki dövrdə arxa plana keçib. Bunu AZƏRTAC-a müsahibəsində “Kölgəsiz dünya” sənədli filminin müəllifi Afaq İmanzadə deyib.