Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərində daxili avtomobil yollarının əsaslı təmirinə başlanılıb

24.11.2025 [17:52]

Xəbərin mətni

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar, ümumi uzunluğu 10,3 kilometr olan Naxçıvan şəhərinin Babək məhəlləsi, 6-cı məhəllə, Hacıniyyət kənd avtomobil yolu və uzunluğu 17,5 kilometr olan Naxçıvan şəhər S.Vurğun, N.Naxçıvani, H.Rəhmanov, 58-ci məhəllə istiqamətində əsaslı təmir işləri həyata keçirilir.