Bakıda “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” tamaşasının premyerası olub
03.12.2025 [10:45]
Xəbərin mətni
Azərbaycan Dövlət Yuğ Teatrında uzun müddətdir gözlənilən “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” adlı tamaşanın premyerası keçirilib. Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının birinci boyu əsasında qurulub və dünyada əlyazmanın orijinal dili olan oğuz ləhcəsində səhnələşdirilən yeganə nümunədir. Premyera Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində keçirilib.