Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kənan İbrahimov: Uşaq İncəsənət Festivalının qalibləri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq

03.12.2025 [13:10]

Xəbərin mətni

Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı (UİF) ölkəmizdə uşaqlar üçün təşkil olunan ən genişmiqyaslı incəsənət yarışmasıdır. İlk dəfə 2023-cü ildə keçirilən festival fərdi və kollektiv nominasiyalar üzrə ümumilikdə 408 qaliblə yekunlaşıb. Bu il isə festival artıq ikinci dəfə həyata keçirilib. Festivalın əsas məqsədi uşaqlarda incəsənətə marağı artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, bədii-estetik zövqü formalaşdırmaq və regionlar arasında mədəni inteqrasiyanı gücləndirməklə onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdir. Mədəniyyət Nazirliyinin nümayəndəsi Kənan İbrahimov AZƏRTAC-a müsahibəsində festivalla bağlı geniş məlumat verib və yaxın günlərdə qaliblərin mükafatlandırılacağını bildirib.