AMADA-nın icraçı direktoru: Süni intellekt qlobal antidopinq sistemində yeni alətə çevrilir
10.12.2025 [10:39]
Xəbərin mətni
Sürətli rəqəmsallaşma dövründə antidopinq sistemi ciddi transformasiya dövrü yaşayır və süni intellekt onun yeni strateji alətinə çevrilir. AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə rəqəmsal texnologiyaların tətbiqi, süni intellektin yaratdığı risklər, idmançıların şəxsi məlumatlarının qorunması, eləcə də süni intellektin Azərbaycanda testdən keçmə, analitika və antidopinq təhsili sahələrinə inteqrasiyası barədə danışıb.