Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azər Qərib: “Bir səfərin izi ilə – Belçika və Lüksemburq” sənədli filmi artıq bu layihənin 7-cı ekran əsəridir

16.12.2025 [21:56]

Xəbərin mətni

“Bir səfərin izi ilə” layihəsi Ümummilli Lider Heydər Əliyevin rəsmi səfərlərinin qeyri-rəsmi məqamlarını əks etdirir. Ümumilikdə layihə üzrə 10 sənədli filmin çəkilişi nəzərdə tutulub. Bu gün təqdimatı keçirilən “Bir səfərin izi ilə – Belçika və Lüksemburq” sənədli filmi layihə çərçivəsində ərsəyə gətirilən yeddinci ekran əsəridir. Bunu layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib deyib.