Müəllim işığı: ucqar kəndlərdə yazılan uğur hekayələri
18.12.2025 [19:14]
Xəbərin mətni
Salyanın Çadırlı kəndində ibtidai sinif müəllimi işləyən Nigar Bağırova hər səhər ucqar kəndə dərs deməyə gedir. Şagirdləri onu məktəbin həyətində böyük sevgi ilə qarşılayır. Salyan şəhərindən xeyli uzaqda yerləşən Çadırlı kənd ümumi orta məktəbində 300-dən çox şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 30-a yaxın müəllim məşğul olur. Nigar Bağırova da həmin müəllimlərdəndir.