BDU-nun rektoru: Gənclər tariximizi və keçmişimizi dərindən bilməlidirlər
22.12.2025 [14:47]
Xəbərin mətni
Bu gün Bakı Dövlət Universitetində Qərbi Azərbaycan İcması ilə birgə “Böyük yolun davamı” adlı tədbirin keçirilməsində əsas məqsəd bu yolun davamının necə olacağını bir daha nəzərdən keçirməkdir. Həmçinin birgə görəcəyimiz işləri təhlil etmək və bu yolun davamçıları olacaq gənc nəslin təlim-tərbiyəsi istiqamətində qarşımızda duran vəzifələr barədə fikir mübadiləsi aparmaqdır. Bu sözləri jurnalistlərə müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev söyləyib.