Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çap maşınlarından rəqəmsal dövrə: 2026-cı ildə yeni hədəflərə doğru

31.12.2025 [11:00]

Xəbərin mətni

Bir tərəfdən uzaq, digər tərəfdən isə olduqca yaxın. İlk məlumatlar. Cənubi Qafqazın kiçik bir ərazisində baş verən hadisələr çap maşınlarında hərf-hərf qeydə alınırdı. Məhz bu sətirlər vasitəsilə dünya Azərbaycanı tanımağa başlayırdı. İlk fotoşəkillər, ilk səs yazısı daha sonra isə ekranlara daşınan xəbərlər. Bütün bunlar illər boyu dəyişməyən bir ifadə formalaşdırdı: “Azərtac xəbər verir.” Zamana uyğunlaşan, amma mahiyyətini dəyişməyən bu yol yeni hədəflərə doğru irəliləyir və 2026-cı il də bu yolun davamı olacaq. Qarşıdan gələn Yeni iliniz mübarək, AZƏRTAC!