Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ucarda 14 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib

30.12.2025 [19:36]

Xəbərin mətni

Ucarda keçirilən korporativ bayram tədbirindən sonra bir qrup şəxsin halı pisləşib. Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu gün zəhərlənmə şübhəsi ilə 14 nəfər (3 kişi, 11 qadın) Təcili tibbi yardım şöbəsinə müraciət edib.