Sülh, əmin-amanlıq, firavanlıq... - Fərqli müsahiblər, ortaq arzular
31.12.2025 [18:59]
Xəbərin mətni
Sayılı saatlar sonra acılı-şirinli, sevincli-kədərli, əlamətdar və qürurverici hadisələrlə yadda qalan 2025-ci ili geridə qoyacağıq. Planetin dörd bir yanında 2026-cı ilin gəlişi böyük səbirsizlik, sevinc və həyəcanla gözlənilir. İlin son saatları paytaxt küçələrinə xüsusi bir ruh gətirib. Havanın soyuq olmasına baxmayaraq, şəhərdə əsl bayram ab-havası hökm sürür. Gəlin, paytaxt sakinləri və şəhərimizin qonaqlarının 2026-cı ildən gözləntiləri və xalqımız, dünyamız üçün ən xoş arzularını onların öz dilindən eşidək.