Ballıca sakini: İllər sonra uşaqlığımın keçdiyi doğma evə qayıtmışam
03.01.2026 [14:06]
Xəbərin mətni
Xocalı rayonunun Ballıca kəndi Qarabağda keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğu yaşayış məntəqələrindəndir. Bu kənd artıq yalnız keçmişin xatirəsi deyil, həm də yenidən qurulan həyatın ünvanına çevrilib. Uzun illər məcburi köçkün həyatı yaşayan ailələr kəndə qayıdaraq yeni həyat qurur, eyni zamanda keçmişin izlərini yaşadırlar. AZƏRTAC-ın bölgə müxbiri Ballıca kəndində Teymur Əzimovun evində olub, onun doğma yurda qayıdışla bağlı təəssüratlarını öyrənib.