Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsu dolayları yenidən buz bağlayıb

03.01.2026 [16:26]

Xəbərin mətni

Ötən gün yağan qardan sonra Bakı–Şamaxı–Yevlax avtomobil yolunda hərəkət bir qədər çətinləşsə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) canlı qüvvəsi və texnikası vasitəsilə hərəkət bərpa edilmişdi. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarından havanın şaxtalı olması səbəbindən yolun Ağsu aşırımından keçən hissəsi buz bağlayıb. Yolun enişli-yoxuşlu, sərt döngəli hissələri hərəkət üçün təhlükəyə çevrilib.