Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub
05.01.2026 [15:40]
Xəbərin mətni
Bayramla əlaqədar tətil günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Respublika üzrə təcili tibbi yardım xidmətinə qeyri-iş günlərində (31.12.2025 - 04.01.2026-cı il tarixlərində) ümumilikdə 27 min 779 çağırış daxil olub. Onlardan 14 min 449-u paytaxt Bakı, 13 min 330-u isə bölgələr üzrə qeydə alınıb.