Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gülşad Məmmədova: Dumanlı hava şəraitinin yanvarın 9-dək davam edəcəyi gözlənilir

07.01.2026 [10:43]

Xəbərin mətni

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.