Azərbaycan-Çin əlaqələri 2025-ci ildə tarixi yüksək səviyyəyə qalxıb
07.01.2026 [17:09]
Xəbərin mətni
2025-ci il Azərbaycan-Çin münasibətləri üçün önəmli, hətta tam əminliklə deyə bilərik ki, tarixi bir il oldu. Həm siyasi, həm iqtisadi, həm humanitar sahədə aktivlik müşahidə olundu. Siyasi baxımdan təbii ki, 2025-ci il Azərbaycan-Çin münasibətlərinin tarixinə həkk olunacaq. Belə ki, ötən ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı 2 ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanat imzalanıb. Beləliklə, 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri əlaqələrimiz ən yüksək səviyyəyə qalxıb.