Sürücülərə arxa duman fənərlərindən istifadə qaydası izah edilib
07.01.2026 [18:15]
Xəbərin mətni
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir. İdarədən AZƏRTAC-a verilən məlumata görə, budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda, arxa duman fənərlərindən istifadə edən sürücü saxlanılıb və ona qanunvericiliyin tələbi izah olunub.