Nazir: Bu il “Şahdağ” Turizm Mərkəzində qış idman növləri üzrə başqa beynəlxalq yarışlar da keçiriləcək
08.01.2026 [16:19]
Xəbərin mətni
Ölkəmizdə ilin ilk beynəlxalq yarışı keçirilir. Açıq Azərbaycan çempionatında 11 ölkədən idmançılar iştirak edirlər. Bu il “Şahdağ” Turizm Mərkəzində qış idman növləri üzrə başqa beynəlxalq yarışlar da keçiriləcək. Mart ayında Avropa çempionatına və Moqul üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyik. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov “Şahdağ” Turizm Mərkəzində keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin açılışı zamanı jurnalistlərə açıqlamasında bildirib.