Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almatıda yaşayan 98 yaşlı Qərbi azərbaycanlı doğma kəndinin xatirəsini yaşadır

23.01.2026 [13:14]

Xəbərin mətni

Qırx il əvvəl Qərbi Azərbaycandan - Amasiya rayonunun Quzu kəndindən köçən 98 yaşlı azərbaycanlı Qara Yəhyayev Qazaxıstanın Almatı şəhərində yaşayır və doğma kəndinin xatirəsini yaşadır. 98 yaşlı usta boş vaxtlarında öz emalatxanasında müxtəlif əşyaların təmiri məşğul olur. O, hələ də alətlərlə məharətlə işləyir - bu, bütün həyatıboyu qoruduğu bacarıqdır. Bundan əlavə, Qara Yəhyayev şeir də yazır.