Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib
23.01.2026 [17:11]
Xəbərin mətni
Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Zahid Oruc əvvəlcə dünyada və regionda baş verən ictimai-siyasi proseslərə toxunub, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.