Ötən il 3 739 qida müəssisəsində uyğunsuzluqlar aşkarlanıb
26.01.2026 [11:51]
Xəbərin mətni
2025-ci il ərzində 4304 müəssisədə yoxlama aparılıb, 3739 müəssisədə uyğunsuzluqlar aşkarlanıb və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.