Azərbaycandan Böyük Britaniyaya balıq məhsulları ixrac ediləcək
26.01.2026 [12:08]
Xəbərin mətni
Azərbaycandan balıq məhsullarının Böyük Britaniyaya ixracına icazənin əldə olunması məqsədilə qalıq maddələrinə nəzarət planları bu ölkənin səlahiyyətli qurumuna təqdim edilib. Britaniya tərəfi planların qiymətləndirməsini artıq yekunlaşdırıb və onların tələblərə tam uyğun olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.