Agentliyin sədr müavini: Sahibkarlar peyvəndləmə tədbirlərində fəal olsunlar
26.01.2026 [13:39]
Xəbərin mətni
2025-ci ildə 129 xüsusi təhlükəli heyvan xəstəliyi üzrə hesabat hazırlanaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq elektron sisteminə daxil edilib. Ölkədə heyvanlar arasında quduzluqla bağlı epizootik vəziyyət, o cümlədən relyefin coğrafi xüsusiyyətləri və həssas vəhşi heyvanların miqrasiyasının mövcudluğu nəzərə alınmaqla, hesabat ilində helikopter vasitəsilə aldadıcı yem formasında olan 22 min 500 doza quduzluq əleyhinə vaksinlə peyvəndlənmə tədbirləri həyata keçirilib.Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov agentliyin fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.