Sədr müavini: Somalidən ölkəmizə ət idxal olunmayıb
26.01.2026 [14:01]
Xəbərin mətni
Somalidən Azərbaycana ət gətirilməsi ilə bağlı yanlış məlumatlar paylaşılır. Nə 2025-ci ildə, nə də ondan əvvəlki illərdə Somalidən ölkəmizə ət idxal olunmayıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr edilmiş brifinqdə deyib.