Azərbaycan Dövlət İnformasiya Agentliyi

Agentlik rəsmisi: Ərzaq bazarlarının sahibləri işlərini yenidən qurmalıdırlar

26.01.2026 [14:13]

Xəbərin mətni

Ərzaq bazarları ilə bağlı da bəzi problemlər mövcuddur. Aparılan monitorinqlərin nəticəsi göstərir ki, həmin bazarlarda texniki- sanitar vəziyyət yaxşı deyil. Media vasitəsilə ərzaq bazarlarının sahiblərinə müraciət edərək bildirmək istəyirəm ki, bu sahədə dönüş yaratsınlar. Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov agentliyin 2025- ci ilin yekunlarına həsr olunan brifinqdə deyib.