Ötən il 25 mindən artıq şəxsə ilkin əlillik təyin olunub
26.01.2026 [16:37]
Xəbərin mətni
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 54 min 500 şəxsə əlillik təyin edilib. Onlardan 25 min 300-nə ilkin, 29 min 200-nə isə təkrar əlillik təyin olunub. Bu da 2024-cü illə müqayisədə müəyyən qədər artım deməkdir. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 2025-ci ilin yekunları və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.