Keçmiş məcburi köçkün: Çox sevincliyik ki, uzun illərdən sonra vətənimizə qayıdırıq
27.01.2026 [10:08]
Xəbərin mətni
Çox sevincliyik ki, uzun illərdən sonra vətənimizə qayıdırıq. Bu sevinc sözlə ifadə olunacaq kimi deyil. Həm qürur, həm həsrət, həm də minnətdarlıq hissləri bir-birinə qarışır. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Məhbubə Həsənova söyləyib.