Zəngilan rayonuna növbəti köç karvanı yola salınıb
27.01.2026 [10:13]
Xəbərin mətni
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. AZƏRTAC xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 20 ailə - 103 nəfər köçürülüb.