Məmmədbəyliyə köçən sakin: Uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir
27.01.2026 [10:23]
Xəbərin mətni
Allaha şükür olsun ki, torpaqlarımız azaddır. Bu qələbədə əziyyəti olan hər kəsin haqqı ölçüyəgəlməzdir. Bu gün ailəmlə birlikdə doğma yurduma qayıdıram. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Əkbər Hüseynov söyləyib.