İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq
27.01.2026 [10:38]
Xəbərin mətni
“İcbari tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib. Belə ki, artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərə də (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir. AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və gələcək hədəflərlə bağlı keçirilən mətbuat konfransında deyib.