Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək

27.01.2026 [12:55]

Xəbərin mətni

Cari il icbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək və bu, bir neçə əsas tibbi sahəni əhatə edəcək. AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və gələcək hədəflərlə bağlı keçirilən mətbuat konfransında deyib.