Aytən Qəhrəman: Gənclərimizə tolerantlığın, insan hüquqlarına hörmətin vacibliyini çatdırırıq
27.01.2026 [14:54]
Xəbərin mətni
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Tolerantlıq Evində rəmzi olaraq Holokost qurbanlarının anım gününə həsr edilmiş tədbir keçirdi. BMT-nin Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunan qətnaməyə əsasən 27 yanvar Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur. Bizim Mərkəzin təsis olunmasından 11 il keçir. Bu illər ərzində biz hər il Holokost qurbanlarının Beynəlxalq Anım Gününü keçiririk.