Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il 18 mindən çox vətəndaş peşə hazırlığına cəlb edilib

27.01.2026 [15:02]

Xəbərin mətni

Aktiv məşğulluq tədbirlərindən biri də peşə hazırlığıdır. 2025-ci ildə 18 mindən çox vətəndaşımız peşə hazırlığına cəlb edilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026- cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.