Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşgaldan azad edilmiş ərazilərdə 8 mindən çox vətəndaş işlə təmin olunub

27.01.2026 [15:18]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə vətəndaşlarımızın 58 faizi dövlət, 42 faizi isə özəl sektorda çalışmaqdadır. Peşə hazırlığına cəlb edilən vətəndaşların sayı isə 360-a çatır. 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə 18 əmək yarmarkası da təşkil edilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.