Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb
27.01.2026 [16:29]
Xəbərin mətni
Paytaxtın Nəsimi rayonu ərazisində 4 avtomobildən içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların, həmçinin mobil telefonun oğurlanması, bununla da, zərərçəkənlərə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.