Tristan Muhader: Azərbaycanın rəqəmsal infrastruktur inkişafı qonaqpərvərlik sektorunun rəqabət qabiliyyətini artırır
27.01.2026 [18:44]
Xəbərin mətni
Azərbaycanın son illərdə rəqəmsal infrastruktur sahəsində əldə etdiyi uğurlar və genişzolaqlı internetə demək olar ki, universal çıxış təminatı ölkənin qonaqpərvərlik sektorunun beynəlxalq biznes tədbirləri və yüksək dəyərli turistləri cəlb etmək imkanlarını gücləndirir. Bu barədə AZƏRTAC-a açıqlamasında “Ookla” şirkətinin Yaxın Şərq və Afrika bölgəsi üzrə vitse-prezidenti Tristan Muhader bildirib.