Keçmiş məcburi köçkün: Doğma yurduma qayıtmağıma görə çox sevincliyəm
28.01.2026 [09:01]
Xəbərin mətni
Horovludan çıxanda 38 yaşım var idi. Rayonda tibb bacısı işləyirdim. 33 il idi, həsrətlə bu günü gözləyirdik. Şükür, indi oğlumla birgə qayıdıram və çox sevincliyəm. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Sonya Süleymanova deyib.